AZAL bu helikopterləri satışa çıxardı – Şərtlər və qiymətlər + FOTOLAR


Azərbaycanda 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd  “Airbus Helicopters EC-155B1” helikopteri hərraca çıxarılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci,  “Airbus Helicopters
EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub. 
Hər 3 helikopter "Azərbaycan Hava Yolları" QSC-nə aiddir. Bu hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon manat olacaq.
Hərrac mart ayının 1-də keçiriləcək.
Qeyd edək ki, hərracda iştirak etmək istəyənlər helikopterlərin ilkin qiymətinin 10 faizi həcmində(200 min manat) beh ödəməlidir.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

DİGƏR XƏBƏRLƏR

Top