Ərdoğan: “Sözlərim Sezen Aksuya deyildi” - VİDEO


“Sözlərim Sezen Aksuya deyildi, Sezen Aksu türk musiqisinin əhəmiyyətli incəsənət nümayəndələrindəndir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallardan birinə verdiyi müsahibə zamanı deyib. O bildirib ki, Sezen Aksu mahnıları ilə türk xalqının hisslərini dilə gətirmiş bir sənətkardır:
“Bu başqa bir şey, bunu bir tərəfə qoyaq. Amma digər tərəfdən, mən prezident olaraq, insanlarımızın hansı inanca mənsub olmağından asılı olmayaraq digərlərinin dini dəyərlərinə hörmətsizlik etməsinə icazə vermərəm.
R. T. Ərdoğan bildirib ki, “Dilini qoparmaq” sözlərini hər hansı bir şəxsə deyil, insanların dini dəyərlərinə edilmiş təhqirə bir cavab kimi ifadə edib.
Qeyd edək ki, türkiyəli müğənni, şair və bəstəkar Sezen Aksunun özünün yazdığı və 9 iyun 2017-ci ildə “Youtube”da yayımlanan “Şahanə bir şey yaşamaq” adlı mahnı son bir həftə ərzində Türkiyədə qalmaqala səbəb olub. Belə ki, onun mahnıda islam peyğəmbəri Adəm və həyat yoldaşı Həvvanı “cahil” adlandırması bəzi vətəndaşlar və ictimai-siyasi xadimlər tərəfindən sərt tənqid olunub. Sonuncu dəfə isə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan məsləyə reaksiya verib və dini dəyərlərə dil uzadanları “dillərini qoparmaqla” hədələyib.

DİGƏR XƏBƏRLƏR

Top