Şəhid Əlihüseyn Məmmədov anılıb - FOTOLAR


Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi şəhidi Əlihüseyn Məmmədova həsr edilmiş “Dönməsəm, xatirəm qalsın” adlı tədbir keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə şəhidin həyat və döyüş yolunu özündə əks etdirən “Mən Əliyəm” adlı kitab geniş ictimaiyyətə təqdim olunub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbənin rəisi Zümrüd Səmədova, şəhidin batareya komandiri kapitan Özal Quluzadə, eləcə də digər ictimai xadimlər, millət vəkilləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ziyalılar yer alıb.
Tədbirdə həmçinin K. Fabuel moda brendinə məxsus, dizayner Kubra Nuriyevanın “Qarabağ” geyim kolleksiyasının Cıdır Düzü, Xarı Bülbül, Kəlbəcər Xudavəng monastırı, Şuşa Gövhər Ağa məscidi adlı geyim nümunələri nümayiş olunub.
Tədbir iştirakçılarının hər birinə “Mən Əliyəm” kitabı, şəhidin xatirəsinə ithaf olunmuş illüstrativ kataloq, Əlihüseynin rəsmi həkk olunmuş Xarı Bülbüllü yaxa nişanı hədiyyə olunub.
Tədbirdən fotoları təqdim edirik:


DİGƏR XƏBƏRLƏR

Top