Paşinyan koronavirusa yoluxdu


Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın koronavirus testi müsbət çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş nazir müəyyən edilmiş qaydada özünü təcrid edib, xəstəlik simptomlar olmadan davam edir.
Qeyd olunur ki, hökumət başçısı distant rejimdə işləyəcək.
Xatırladaq ki, 2020-ci ilin iyununda da Paşinyan COVID-19-a yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top