Rusiyanın birinci prezidenti Boris Yeltsinin şəxsi fotoqrafı Dmitri Donskoy 85 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun qızı Anastasiya Donskaya “Facebook” səhifəsində məlumat verib.
"Atam dünən vəfat etdi. Yaşla bağlı dəyişikliklər və COVİD. Bir həftə ərzində həkimlər onun üçün mübarizə apardılar, amma deyəsən, özü də müalicədən bezmişdi."
Yeltsin Mərkəzinin saytında verilən məlumata görə, Donskoy 1990-1997-ci illərdə Yeltsinin fotoqrafı olub. Fotoqrafiya sahəsində 160-dan çox beynəlxalq mükafatın laureatı, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi olub.