Teymur Rəcəbov Rusiyanın Xalq artistinin nəvəsi ilə evləndi - FOTOLAR


Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Teymur Rəcəbov öz instaqram hesabında paylaşım edib.
Azərbaycanlı qrossmeyster nikah mərasimindən fotolar paylaşaraq "Səni sevirəm" sözlərini yazıb.
Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub.  Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var. 
Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

DİGƏR XƏBƏRLƏR

Top