Qriqoryan Hikmət Hacıyevə cavab verdi


“Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtlərin mövcudluğunu nəzərdə tutur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Biz hərtərəfli sülh müqaviləsi üzərində işləməyə davam edəcəyik. Bunun üçün Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlərlə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük”ü çərçivəsində həllini tapmaq lazımdır”, - deyə Qriqoryan bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, rəsmi Bakı mümkün sülh sazişinin imzalanması ilə bağlı danışıqların başlanması ilə bağlı İrəvandan cavab gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top