“Rusiya ikitərəfli münasibətlərin qurulmasını hər bir dövlətin suveren hüququ hesab edir, lakin bu əlaqələrin və təmasların üçüncü ölkələrə qarşı yönəlməməsi vacibdi”.
Yeniavaz.com xəbər verir ki, Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri və Ukrayna lideri Vladimir Zelenski ilə görüşündən sonra verilən bir sıra bəyanatlarla bağlı sualı cavablandırarkən deyib.
“Biz digər ölkələrlə əlaqələrimizi qurmaqda da bu prinsipial mövqedən çıxış edirik. Biz tərəfdaşlarımızdan da oxşar yanaşma gözləyirik. Yanvarın 18-də Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığı zamanı Azərbaycan Prezidentinin yanvarın 14-də Kiyevə səfərinin mövzusu ətraflı müzakirə olunub” -, Zaxarova qeyd edib.
Xatırladaq ki, Ukrayna və Azərbaycan prezidentləri Vladimir Zelenski və İlham Əliyev Kiyevdə keçirilən görüşdə ölkələrini birləşdirən nəqliyyat dəhlizinin yaradılması perspektivlərini müzakirə ediblər.