“Bu addımı atsa, söz verirəm ki...” – Baydendən Putinə xəbərdarlıq


ABŞ Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı ciddi sanksiyalar hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bunu Ağ Evdə mətbuat konfransında çıxış edən ABŞ prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasına qarşı tətbiq oluna biləcək belə məhdudiyyətləri heç vaxt görməyib:
“O, (Vladimir Putin. - red) bu addımı atacağı təqdirdə söz verirəm ki, heç vaxt görmədiyi sanksiyalar tətbiq edəcəm”.
Amerika prezidenti izah edib ki, sanksiyalar Rusiya banklarına məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur ki, bu da onların əməliyyatlar aparmasını qadağan edəcək:
“İşğal etsələr, ödəyəcəklər. Onların bankları dollarla məşğul ola bilməyəcək”.
Eyni zamanda, Amerika prezidenti əmindir ki, Rusiya lideri Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirir, lakin müharibə istəmir. O, Rusiya prezidenti ilə əvvəlki söhbətlər zamanı onların həmişə bir-birini başa düşdüklərini vurğulayıb.
İki ölkə arasında mümkün qarşıdurmanın nəticəsi barədə danışan Amerika prezidenti bildirib ki, Rusiya uzunmüddətli perspektivdə qalib gələcək, lakin itkilərlə üzləşəcək:
“Hərbi nöqteyi-nəzərdən onların Ukraynaya münasibətdə hədsiz üstünlüyü var. Amma bunu etsələr, yaxın, orta və qısa müddətdə onlara baha başa gələcək”.

DİGƏR XƏBƏRLƏR

Top