Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanı tam tərk edib.
Yeniavaz.com “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
“Rusiya hərbi-nəqliyyat aviasiyasının göyərtəsində sülhməramlıların olduğu 4 təyyarə Qazaxıstan Respublikasının Nur-Sultan və Almatı hava limanlarından havaya qalxaraq ölkəni tərk edib”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, bununla da, KTMT sülhməramlıları Qazaxıstanı tam tərk edib