Anasını balta ilə öldürən şəxs axtarılır


Xəbər verdiyimiz kimi, yanvarın 13-ü Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib.

DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, həmin şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top