Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavələr edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarın ikinci bəndində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-18 nömrəli əlavələrində qeyd olunan vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilsin.
Baş nazirin 14 yanvar tarixli 10 nömrəli Qərarına edilmiş 2 nömrəli əlavə ilə, Heydər Əliyev Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələr ödəniləcək. Mərkəzdə elektrik, sürücü və operator vəzifələrini icra edənlərin maaşı 1206, xadimənin maaşı isə 876 manat müəyyən edilib.
Maaşların cədvəlini təqdim edirik: