Azərbaycanda qoyunların sayı sürətlə azalır – Son 6 ilin statistikası


Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda  8 milyon 37,1 min baş qoyun və keçi olub.
Yeniavaz.com
açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 0,6% və ya 52,6 min baş azalıb. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəlində ölkədə 8 milyon 89,7 min baş qoyun və keçi olub.
Son 6 ilin yanvar aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:
- 2017-ci il yanvar ayında - 8 milyon 614,8 min baş
- 2018-ci il yanvar ayında - 8 milyon 454,3 min baş
- 2019-cu il yanvar ayında - 8 milyon 304,1 min baş
- 2020-ci il yanvar ayında - 8 milyon 189,2 min baş
- 2021-ci il yanvar ayında - 8 milyon 89,7 min baş
- 2022-ci il yanvar ayında - 8 milyon 37,1 min baş

DİGƏR XƏBƏRLƏR

Top