Merkel BMT-nin iş təklifini rədd etdi - YENİLƏNİB


Almaniyanın sabiq kansleri Angela Merkel BMT-nin baş katibi Antonio Quterreşin təşkilatda işləmək təklifini rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyində xəbər yayılıb. Verilən məlumata görə, Merkel baş katibə özü zəng edərək təşəkkür edib və iş təklifini rədd edib.

***10:16
BMT-nin Baş katibi Antonio Quterreş Almaniyanın sabiq kansleri Angela Merkelə təşkilatda iş təklif edib.
Yeniavaz.com
Almaniyanın DPA agentliyinə istinadla xəbər verir ki, sözügedən iş təklifi  bütün bəşəriyyətin xeyrinə olan qlobal sərvətlər üzrə yüksək səviyyəli məsləhətçi orqanına sədrlik vəzifəsidir.
Verilən məlumata görə, Merkel hələ iş təklifinə cavab verməyib.
Qeyd edək ki, Merkel 16 il Almaniyanın kansleri olub. O, 2021-ci ildə vəzifəsindən gedib və Merkeli Olaf Şolç əvəzləyib.

DİGƏR XƏBƏRLƏR

Top