Şagird döyüldüyü üçün dərsə getmir - Daha bir məktəbdə zorakılıq


Sosial şəbəkələrdə Abşeron rayon 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdinin təhsil aldığı tam orta məktəbə getməkdən imtina etdiyi iddiaları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb kimi 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdi mütəmadi fiziki şiddət şiddətə məruz qoyması göstərilir.
İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi Aynurə Məmmədova 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyub. Ona zor tətbiq edərək, döyərək xəsarətlər yetirib. Elə həmin il şagirdin valideyni Günay Yusifova oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib. Bütün bunlara baxmayaraq, şagirdə şiddət sərgiləyən müəllim əməlindən əl çəkməyib.
Bu yaxınlarda isə məktəbin 8-ci sinif şagirdi Elgün Abbasov həmin müəllimə görə daha məktəbə getməyəcəyini bildirib. Valideyni övladında riyaziyyat müəlliminə görə psixoloji problemlərin yarandığını əsas gətirib.
Abşeron Rayon Təhsil Şöbəsindən Yeniavaz.com-a bildirdilər ki, məsələ ilə bağlı iddialar araşdırılacaq:
“Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəlliminin şagirdə şiddət göstərməsi ilə bağlı iddia araşdırılacaq və ictimaiyyətə bu barədə məlumat veriləcəkdir”.

DİGƏR XƏBƏRLƏR

Top