Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək


Bu gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Saakaşvilinin feysbuk səhifəsində məlumat yayılıb. Mixail Saakaşvili özü də prosesdə iştirak edəcək. 
Qeyd edək ki, sabiq dövlət başçısı ötən il sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrın 1-də Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı araşdırmalara başlayıb. Məsələ ilə bağlı ilk iclas noyabrın 16-da keçirilib və Saakaşvili bu prosesdə iştirak etməyib. 
 

DİGƏR XƏBƏRLƏR

Top