Putin və Tokayev arasında telefon danışığı olub


Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.
“Qazaxıstan prezidenti ölkədəki mövcud vəziyyət barədə ətraflı məlumat verib, onun sabitləşmə istiqamətində inkişaf etdiyini bildirib”, - press-relizdə deyilir.
Tokayev Putinə həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə göstərdiyi dəstəyə görə təşəkkür edib və KTMT-nin onlayn sammitinin keçirilməsini təklif edib. Putin bu təşəbbüsü dəstəkləyib.
Qeyd edilir ki, Putin və Tokayev daimi təmasda qalmaq barədə razılığa gəliblər.
 

DİGƏR XƏBƏRLƏR

Top