KTMT ölkələri Qazaxıstana neçə hərbçi göndərib?


KTMT ölkələri – Rusiya, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistanın Qazaxıstana nə qədər sülhməramlı hərbçi göndərməsi məlum olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumatlar dərc edib.
Belə ki, Rusiya 3000, Belarus 500, Tacikistan 200, Qırğızıstan 150, Ermənistanın isə 100 həbrçi göndərdiyi bildirilir.
Qeyd edək ki, ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyan Prezident Qasım-Comərd Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana Kollektiv Sülhməramlı Qüvvələrin göndəriləcəyini açıqlayıb. KTMT qüvvələri hərbi infrastrukturların və strateji obyektlərin mühafizəsini həyata keçirəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top