Almatıda "MİR" telekanalının binası yandırılıb, ölənlər var - VİDEO


Qazaxıstanın Almatı şəhərində iğtişaşçılar “Mir” telekanalının filialının binasını mühasirəyə alıb barrikadalar qurublar. Binanın etirazçılar tərəfindən yandırıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın “Xəbər-24” telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə yerində ölənlər var və ölənlərin cəsədləri küçənin ortasında qalıb.
Binanın yanması kadrlarını təqdim edirik:

Qeyd edək ki, “Mir” telekanalının binası Respublika meydanında, şəhər administrasiyası ilə üzbəüz yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top