Otağında əli avtomatlı Qarabağda çəkilmiş erməni qadın fotosu var... - Niderlandın yeni naziri kimdir?


Niderlandda baş nazir Mark Ruttenin sədrliyi ilə qurulan 4 partiyalı koalisiya hökumətində Türkiyə əsilli Dilan Yeşilgöz Zegerius yeni təhlükəsizlik və ədliyyə naziri seçilib.
Yeniavaz.com
xəbər verir ki, Yeşilgözün PKK-çı və ermənipərəsət olması ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb.
Belə ki, Dilan Yeşilgözün otağında çəkildiyi iddia edilən ona aid fotoda divardan asılmış erməni qadının fotosu sözügedən iddialara müəyyən əsas verir. Fotoda 106 yaşlı erməni qadın əlində AK-47 Kalaşnikov avtomatı tutur. Bu foto Ermənistanın Qarabağdakı iddialarının simvolik fotosu hesab olunur.
Əvvəlki açıqlamalarında türkləri və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməyin azad olması lazım olduğunu müdafiə edən Yeşilgöz 2018-ci ildə Niderlandda qondarma erməni soyqırımını tanıyan 5 Türkiyə əsilli deputatdan biri olub.
Dilan Yeşilgöz PKK və ona bağlı sol terror təşkilatlarının yaraqlısı kimi 1984-cü ildə Hollandiyaya qaçan Yücel Yeşilgözün qızıdır. Türk mediası yazır ki, Yücel Yeşilgöz 1998-ci ildə “NRC”yə verdiyi müsahibədə həm də dostu olduğunu dediyi terror lideri Öcalanı “Apo” kimi təsvir edir.

DİGƏR XƏBƏRLƏR

Top