Qazaxıstanda internet kəsildi


Qazaxıstanda internetin fəaliyyəti dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə internetin fəaliyyətini təhlil edən “NetBlocks” təşkilatı öz tvitter hesabında məlumat yayıb. 
“Qazaxıstan mobil internetin bir günlük kəsilməsi və tətbiq edilən qismən məhdudiyyətlərdən sonra indi ümummilli internetin bağlanması mərhələsindədir. Bu, çox güman ki, artan hökumət əleyhinə etirazların işıqlandırılmasını ciddi şəkildə məhdudlaşdıracaq”, - məlumatda qeyd olunub. 
Bununla yanaşı, Qazaxıstanın bəzi dövlət orqanlarının saytına xaricdən girişinə məhdudiyyət qoyulub və bir neçə KİV orqanının saytına giriş bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top