"Rusiya və Çin Qazaxıstanı istismar etməyə çalışır"


Qazaxıstanın ATR kanalında jurnalist olaraq fəaliyyət göstərən Gülsüm Xəlilova öz tvitter hesabında Qazaxıstanın siyasi və iqtisadi vəziyyəti barədə paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, jurnalist sözügedən paylaşımda türk dünyasında baş verənləri, siyasi və ictimai hadisələri olduğu kimi bilməyin türk millətinin gələcəyi üçün vacib olduğunu yazıb:
“İlk növbədə Qazaxıstanda baş verən prosesləri fərziyələrlə izah etməyə ehtiyac yoxdur. Qazaxıstan regionda ən böyük neft və qaz ehtiyatlarına malik ölkədir. Həmçinin ölkənin qızıl, mis və kənd təsərrüfatı kimi böyük ehtiyatları var. Bundan əlavə, Qazaxıstan böyük dövlətlər qurmuş, dərin tarixə malik Türküstanın ürəyidir, bizim dədə-baba yurdumuzdur. Amma gəldiyimiz məqamda xalqın ciddi iqtisadi, demokratik, insan haqları və s. ilə bağlı problemləri var. Üstəlik, Çin bu qədim torpağın bir tərəfini, Rusiya isə digər tərəfini istismar etməyə çalışır. İnsanlar hər gün zülmə məruz qalırlar. Təbii ki, ölkənin qurulmasında və onun Rusiya üçün tam yem olmamasında cənab Nazarbayevin böyük əməyi var və bunu təqdir etmək lazımdır”.
O, paylaşımda həmçinin bildirib ki, dövlət ciddi islahatlar aparılmalıdır: 
“İndi dünya dəyişir...Dünya 4-cü hətta 5-ci sənaye və texnoloji inqilab edir. Biz hələ 1940-cı illərdən sovet mentaliteti ilə idarə olunuruq. Media, bürokratiya, iş dünyası və s.”.

DİGƏR XƏBƏRLƏR

Top