III ixtisas qrupunun qəbul proqramında dəyişiklik olunub


Dövlət İmtahan Mərkəzi 2022-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupunda ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.

DİM-dən Yeniavaz.com-a bildirilib ki, Ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış olmaq olar:

1. C.Məmmədquluzadə “Anamın kitabı”

2. C.Cabbarlı “Oqtay Eloğlu”

3. İ.Əfəndiyev “Xurşudbanu Natəvan”

2022-ci ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top