Hindistanda COVID-19 virusunun yeni omikron ştamına yoluxanların sayı sürətlə artır.
Yeniavaz.com “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Hindistan hökuməti xəbər yayıb. Verilən məlumata görə, ölkədə omikrona yoluxanların sayı 800-ə çatıb. 241 nəfər isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Hindistanda omikron ştammına ilk yoluxma halı dekabrın 2-də aşkar edilmişdi.