Azərbaycan quru sərhədlərini açır?


“Quru sərhədləri hələ də bağlıdır. Amma insanlar xüsusi icazələrlə quru sərhədindən keçə bilir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hələlik quru sərhədlərinin açılması hələlik müzakirə edilmir.

“Omicron ştamının yayılması şəraitində bu məsələ müzakirə edilmir”, - o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top