Son sutkada neçə nəfərə koronavirus əleyhinə vaksin vurulub?


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 24 207 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 204, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 385 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 177 159, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 153 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 656 209, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 367 621 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top