Bakıda qadın narkotacir saxlanıldı - FOTO


Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Cəlilabad rayon sakini İlahə İsmayılova saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, İ.İsmayılovanın həyat yoldaşı da narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün bir müddət əvvəl həbs edilib.

Təqdim edilən faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 

DİGƏR XƏBƏRLƏR

Top