Mingəçevirdə şagirdlər öz müəllimlərini əvəz etdilər - FOTOLAR


Mingəçevir Şəhər 16 saylı tam orta məktəbdə şagirdlər bir günlük öz müəllimlərini əvəz ediblər.
Yeniavaz.com
xəbər verir ki, özünüidarəetmə günü ilə bağlı keçirilən tədbirdə məktəbin 9,10,11-ci sinif şagirdləri dərsdən əvvəl şagirdlərin qarşılanmasından başlamış onların yola salınmasınadək tədris prosesinə və dərsdənkənar tədbirlərə özləri nəzarət etmiş, əvəz edəcəkləri müəllimlərinin tövsiyələrini yerinə yetirməyə çalışıblar.
Həmin gün məktəbin qonağı olan valideynlər, məktəbin müəllimləri və direktor Sevinc Həsənova şagirdlərin bir günlük müəllimlik fəaliyyətinə sonsuz həvəs və əsl fədakarlıqla yanaşdığının şahidi olublar.
  Direktor vəzifəsini icra edən  9-cu sinif şagirdi Mustafazadə Almaz şagirdlərin üzərilərinə düşən vəzifəyə ciddi münasibəti olduğunu bildirib:
“Biz başa düşdük ki, doğrudanda müəllimlik peşəsi həm şərəfli,həm də çətin və məsuliyyətli bir peşədir. Bir günlük də olsa öz üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışdım və gələcəkdə müəllim olmaq həvəsim artdı. Onu da qeyd edim ki, dərsdən qaçan uşaqlarında öhdəsindən gələ bildim”.


Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top