İstanbulda 20-dən çox insan saxta spirtli içkidən öldü


Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən 22 nəfər ölüb.
Yeniavaz.com
“Anadolu agentliyi”nə istinadla xəbər verir ki, barədə İstanbul valiliyi xəbər yayıb. Verilən məlumata görə, saxta spirtli içki zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edən 46 nəfərdən 11-i əcnəbi olmaqla 22 nəfər ölüb. 5-i əcnəbi olmaqla 16 nəfərin həyati təhlükəsi olduğu və müalicəsinin davam etdiyi, qalan 3 nəfərin isə evə buraxıldığı bildirilib.
Bundan əlavə, noyabrın 16-dan dekabrın 16-dək İstanbulda spirtli içkilərin qaçaqmalçılığının qarşısının alınması ilə bağlı 56 əməliyyat keçirilib, bu əməliyyatlar zamanı cinayət məsuliyyətinə cəlb edilən 78 şübhəlidən 14-ü həbs edilib, 17 şübhəli barəsində məhkəmə nəzarəti müddəaları tətbiq edilib.
Əməliyyatlar zamanı 32 min 978 tam şüşə spirtli içki, 27 ton 619 litr spirtli içki, saxta spirt istehsalında istifadə edilən çoxlu distillə qazanları, şlanqlar, hunilər, qapaqlar, qapaq qızdırıcıları, spirt sayğacları, etiketlər, qapaq qızdırıcı maşınlar ələ keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top