Ermənistan Naxçıvana dəmir yolunun inşasının ilkin dəyərini açıqladı


"Ermənistandan İrana dəmir yolunu bərpa etmək üçün çox az pul lazımdır".
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu gün hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib:
“Yerasx ərazisində bir neçə yüz metrin bərpasına ehtiyac olduğu görünür. Meğri hissəsində dəmir yolunun bərpası daha böyük investisiya tələb edir və kifayət qədər baha başa gələcək”.
O qeyd edib ki, bu hissədə köhnə dəmir yolu tamamilə sökülüb:
“Bu sahədə hələ konkret bir layihəmiz yoxdur, həmçinin təxmini hesablama da yoxdur. Amma düşünürəm ki, 200 milyon dollara qədər investisiya tələb olunacaq. Sərhəddən Horadizə olan dəmir yolunun (Arazdəyən-Culfa-Mehri-Horadiz) tikintisi üçün daha böyük investisiyalara ehtiyac var. Bu hissənin tikintisi üçün 1 milyard dollardan çox vəsait tələb olunacaq”.

DİGƏR XƏBƏRLƏR

Top