Tixanovskayanın həyat yoldaşına hökm oxundu


Belarus məhkəməsinin qərarına əsasən, bloger Sergey Tixanovski 18 il azadlıqdan məhrum edilib. 
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, S.Tixanovski və tərəfdaşları Belarusda kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.
Tixanovski 2020-ci ilin mayında avqustda keçiriləcək prezident seçkilərində Belarus lideri Aleksandr Lukaşenkoya qarşı mübarizə aparmağa hazırlaşdığı üçün həbs edilmişdi.
Qeyd edək ki, Sergey Tixanovski Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşıdır.

DİGƏR XƏBƏRLƏR

Top