İndoneziyada güclü zəlzələ - Sunami xəbərdarlığı edildi


İndoneziyanın Flores adası sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) xəbər yayıb. Verilən məlumata görə, sözügedən zəlzələ 10  km dərinlikdə baş verib və yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilib.
İnsan itkisi, xəsarət alanlar və dağıntılar barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, bu ilin yanvarında İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində yüzdən çox insan ölmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top