Ziyadxan Budaqın yeni kitabı işıq üzü görüb


Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ziyadxan Budaqın “Son ümid” adlı yeni kitabı çapdan çıxıb.
Yeniavaz.com
xəbər verir ki, kitab şeir və poemalardan ibarətdir.
Kitabda toplanılan şeirlər şairin pandemiya dövrünə qədər və xəstəliyin dünyanı bürüdüyü ilk aylarda qələmə aldığı ictimai motivli poeziya nümunələridir.
Kitabda şair yeni poema ilə çıxış edib. Z. Budaq “Bu milləti yaxşı tanı” adlanan poemasında mənsub olduğu xalqın ən ulu keçmişindən bu günə qədər keçdiyi həyat yolunu böyük bir fəxarət hissi ilə qələmə alıb. Hadisələri tarixi ardıcıllıqla, həm də poetik bir dillə tərənnüm edən şair öz xalqının böyüklüyündən qürur duyur və bunu oxucularına da təlqin edir.
Qeyd edək ki, Mais Təmkinin redaktoru olduğu kitab şairin şeirsevərlərlə on birinci görüşüdür.

DİGƏR XƏBƏRLƏR

Top