“Bütün azərbaycanlı əsirlər geri qaytarılıb”


Rusiya sülhməramlıları erməni hərbi əsirlərin qaytarılması məsələsini həll edəcəklər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin komandirinin müavini Rüstəm Muradov “TASS”a müsahibəsində bildirib:
“Bu günə kimi Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb və erməni hərbi əsirlərin qaytarılması istiqamətində işlər davam edir, müsbət hal var, anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Rusiya sülhməramlıları bu məsələyə son qoyacaqlar”.
O qeyd edib ki, əsirlərin geri qaytarılması ilə bağlı işi sülhməramlının vətəndaşlıq borcu hesab edir:
“Mən hərbçi kimi anlayıram ki, hərbi əsirlər kimlərdir, əsirlikdə olarkən hansı hisləri keçiriblər. Mən Bakıya ilk uçuşu xatırlayıram və qayıdanda həmin hərbçilərin artıq İrəvana, Erebuni aerodromuna uçan zaman üzlərini gördüm. Onlar göz yaşı tökürdülər, evə qayıtdıqlarına inanmırdılar”.
O, həmçinin bildirib ki, Rusiya sülhməramlıları tərəfindən Dağlıq Qarabağa yerləşdirildikdən sonra 1960 cəsəd Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top