Mingəçevirdə şagirdlər narkomaniya ilə bağlı maarifləndiriliblər - FOTOLAR


Mingəçevirdə narkomaniyaya qarşı mübarizə tədbirləri gücləndirilir.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şöbənin əməkdaşları ilə birgə şəhər 7 saylı tam orta məktəbdə olublar. Məqsəd ölkəmizdə, eləcədə şəhərimizdə günü-gündən narkomaniyanın artmasının qarşısını almaq üçün maarifləndirici tədbirləri gücləndirməkdir. Bu məqsədlə şəhərin polis şöbəsi Mingəçevirin məktəblərində olur, şagirdlərlə maarifləndirici söhbətlər aparır. 7 saylı məktəbin direktoru Anar İsmayılov və şəhərin təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev rəisi məktəbin foyesində qarşılayıblar. Direktor məlumat verərək bildirib ki, məktəbdə 863 şagird təhsil alır. Eyni zamanda məktəb haqqında qısa məlumat verərək qeyd edib ki, sinif müəllimləri mütamadi olaraq gənclərimizi bu bəladan qorumaq üçün bu kimi tədbirlər keçirirlər.
“Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı keçirilən görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib:
“Tərəfimizdən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Lakin buna baxmayaraq gizli yolla da narkotikadan isitfadə edənlər var və onun acı nəticələri görülməkdədir. Məsələn, bu günlərdə jek müdirinin oğlunun narkotikadan zəhərlənərək ölməsi buna sübütdur. Bəzən valideyin özü bizə müraciət edir ki, övladımı bu bəladan qurtarın. Evində bütün əşyaları sındırıb-tökən narkoman ailəyə də, cəmiyyətə də böyük bəladır. Bunları gizlətməklə daha böyük fəlakətlərə yol açmış oluruq”.
Daha sonra Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələri göstərilib və onların təhlükələri izah edilib.
Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”,  “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və yol hərəkəti qaydaları ilə bağlı mövzularda çıxışlar ediblər. 
Mingəçevir Təhsil Şöbəsinin müdir əvəzi Zamik Cəbiyev öz çıxışında polis əməkdaşlarına bu kimi mövzularla bağlı şagirdləri maarifləndirdiklərinə görə minnətdarlıq bildirib.
Sonda  şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.




Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top