Bakıda 26 yaşlı gənci avtomobil vurdu, vəziyyəti ağırdır


Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Qəhrəmanov Həsən Rauf oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı müştərək travma və sağ sirkə kasasının yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top