Prezident İlham Əliyevin dekabrın 6-da Qubaya səfəri barədə məlumat vermişdik.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı, birinci xanım və qızları rayonun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşüblər.
Bu zaman Prezidentlə qəsəbə sakini arasında maraqlı dialoq yaşanıb. Belə ki, dövlət başçısı qəsəbə sakinindən yaşını soruşub.
Yaşlı kişi isə səksən beş yaşının olduğunu bildirib.
Millət vəkili Vahid Əhmədov ağsaqqalın bu cavabına zarafatla reaksiya verib və “cavan oğlana oxşayır” deyib. Deputatın bu zarafatı Prezidentin təbəssümünə səbəb olub.
Həmin anların kadrlarını təqdim edirik: