Gürcü jurnalist Sergey Lavrova rus dilində sual verməkdən imtina etdi - VİDEO


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze Sergey Lavrova rus dilində sual verməkdən imtina edib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, gürcü jurnalistin ingilis dilində sual verməyinin ardından Rusiya XİN-in sözçüsü Mariya Zaxarova jurnalistin sözünü kəsərək ondan rus dilində danışmağı xahiş edib. Lakin jurnalist ingilis dilində danışmağa davam edib. 
Eyni zamanda S.Lavrov T.Nutsubidzedən rusca danışmağın onun üçün çətin olub-olmadığını soruşub. Gürcü jurnalistin cavabı mənfi olub. Nəticədə gürcü jurnalist ingilis dilində Rusiyanın Gürcüstanın NATO-ya üzv olmaq istəyinə münasibətini soruşub. S.Lavrov isə ona rusca cavab verib.
Qeyd edək ki, bu hadisədən sonra Rusiya mətbuatı T.Nutsubidzenin rus dili biliyi ilə bağlı iddialar önə sürüb. Belə ki, Rusiya prezidenti Vladimir Putinin keçirdiyi mətbuat konfranslarının birində Nutsubidze dövlət başçısına rus dilində Rusiya ilə Gürcüstanın münasibətləri barədə sual verib. Bundan əlavə, o, Dövlət Dumasının sədr müavini Pyotr Tolstoydan da rus dilindən müsahibə alıb.

DİGƏR XƏBƏRLƏR

Top