Koronavirusun yeni ştammı almazın bahalaşmasına səbəb oldu


COVID-19 virusunun yeni "Omicron" ştammının yayılması nəticəsində Cənubi Afrika və Botsvanada tədarük problemləri səbəbindən almaz xammalı 5-10% bahalaşıb.
Yeniavaz.com
“Economic Times”a istinadla xəbər verir ki, almaz qiymətlərindəki artım Surat və Mumbaydakı almaz ixracatçıları arasında narahatlığa səbəb olub. Hindistanlı emalçılar isə almazları yüksək qiymətə almaq məcburiyyətində qalmamaq üçün ehtiyatları qoruyub saxlamağa başlayıb.
Xatırladaq ki, qiymətli daşlar və zərgərlik məmulatları Hindistanın ikinci ən böyük ixracatını, almaz isə bu həcmin 63%-dən çoxunu təşkil edir. Dünyada 15 almazdan 14-nü məhz Hindistanda emal olunur.
 

DİGƏR XƏBƏRLƏR

Top