Yaponiya hökuməti ölkədə koronavirusun yeni “Omicron” ştammının yayılmasının qarşısını almaq üçün xarici turistlərin ölkəyə girişinə qadağa qoyub.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida məlumat verib. Bildirilib ki, yeni ştamma qarşı qabaqlayıcı tədbir kimi xaricdən gələn bütün qonaqlara sərhədlər bağlanıb.
Qeyd edək ki, əvvəlki ştammlardan daha yoluxucu olan “Omicron” variantı ilk dəfə Cənubi Afrikada ortaya çıxıb.