Berdiməhəmmədovun həyat yoldaşı ilk dəfə görüntüləndi - FOTO


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımı Oqulgerek Berdiməhəmmədova ilk dəfə görüntülənib.
Yeniavaz.com
xəbər verir ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkmənistan prezidentinə və onun xanımına qonaqpərvərliklərinə görə öz tvitter hesabında təşəkkürünü bildirib. Təşəkkür başlıqlı paylaşımda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun və Oqulgerek Berdiməhəmmədovanın birgə fotosu da yer alıb. 
Bu günə qədər Türkmənistan mediasında Oqulgerek Berdiməhəmmədovanın fotosu paylaşılmayıb. Hətta ölkə və dünya mətbuatı bu hadisəni “15 ildən sonra ilk dəfə Berdiməhəmmədovanın həyat yoldaşının fotosu yayıldı” başlığı ilə dərc edib.
Xatırladaq ki, sözügedən foto 28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə görüşü çərçivəsində çəkilib.

DİGƏR XƏBƏRLƏR

Top