"Omicron": Koronavirusun sürətlə yayılan daha təhlükəli ştammı - ƏLAMƏTLƏRİ


Koronavirusun yeni və daha təhlükəli hesab edilən variantının (B.1.1.529) ortaya çıxması elm adamları, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir sıra ölkələr tərəfindən böyük narahatlıqla qarşılanıb. Yeni ştamma ilk yoluxma halı Cənubi Afrikanda qeydə alınsa da, ardınca bir çox dövlətlərdə bu varianta yoluxma halı aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, ÜST fövqəladə iclasında Cənubi Afrikada yayılan koronavirusun yeni variantına yunan hərfi olan “omicron” (O) adını verib.
Mütəxəssislər yeni variantın tezliklə bütün dünyada yayılmasından ehtiyat edirlər. Son məlumatlara görə, “omicron” ştammına Cənubi Afrikada 77, Botsvanada 4, Böyük Britaniya və Honq Konqda 2, İsrail, Almaniya, İtaliya və Belçikada isə 1 yoluxma qeydə alınıb. Rusiyada da yoluxma halının olduğu bildirilir. Honq Konqda ştamm Cənubi Afrikadan gələn şəxsdə müəyyən edilib.
Cənubi Afrika Tibb Assosiasiyasının sədri Anjelik Kutze yeni ştammın əlamətləri barədə danışıb:
“Koronavirusun “omicron” ştammı ilə yoluxmanın ilk və əsas əlamətləri kəskin yorğunluq və baş ağrılarıdır. Qızdırma və ya boğaz ağrısı isə nadir hallarda müşahidə olunur. “Omicron” ştammına yoluxanların xəstəxanada müalicəsinə və oksigen balonuna ehtiyacları yoxdur. Bu xəstələr 2-3 günə sağalırlar”.
“Omicron” ştammı yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır. Bu baxımdan ÜST yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib.

DİGƏR XƏBƏRLƏR

Top