"Azəriqaz": 3-5 ilə smart-kart tipli sayğaclar aktuallığını itirəcək


Yaxın 3-5 ildə smart-kart tipli qaz sayğaclarının istifadəsi öz aktuallığını itirəcək.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin iyul ayından "Azəriqaz" çoxmərtəbəli binalarda qaz sayğaclarının ödənişsiz quraşdırmağa başlayıb və quraşdırılan yeni sayğaclar mexaniki sonradan ödənişli sayğaclardır, hansıların ki, üzərində xüsusi smart-qurğular quraşdırılır. Məhz bu sayğaclar artıq smart-tipli sayğaclar sayılır.
"Artıq "ağıllı" sayğac formatına keçmək lazımdır və biz bu prosesə 2021-ci ildə başlamışıq", - R. Əliyev bildirib.
Onun sözlərinə görə, dünyada, demək olar ki, bütün Avropa ölkələrində istehsalatdan çıxıb və onların istifadəsindən imtina edilir.
R. Əliyev onu da qeyd edib ki, smart-kart tipli sayğaclarından istifadədə yaranan problemlərdən biri ödəniş sistemidir. Vətəndaş qaza görə karta pul yüklədikdə, o, həmin məbləğə düşən qazı artıq almış olur və bu həcmi abonent müəyyən edilməmiş vaxta istifadə edə bilər (məsələn, bir gün, bir ay, iki il). Lakin "Azəriqaz" sistemində bu həcmlər artıq satılmış hesab edilir, bu da, öz növbəsində, həcmlərin istifadə prosesinə nəzarət etməyə imkan vermir.
"Bu, prosesə nəzarət, maliyyə və digər iqtisadi hesabatlar aparmaq cəhətindən problemlər yaradır. Ona görə də dünyada bu tip sayğaclardan imtina edirlər", - R. Əliyev vurğulayıb.
İB-nin rəhbəri əlavə edib ki, yeni sayğaclardan istifadə abonentlər tərəfindən hər ay istifadə olunan həcmlərə nəzarət eləməyə imkan verəcək.

DİGƏR XƏBƏRLƏR

Top