Gürcüstanın telekanalı Putinin yer aldığı videoya görə cərimələnib?


Gürcüstanın Rabitə Komissiyası müxalif “Mtavari Arkhi” televiziya şirkəti təxminən 36 min dollar cərimələyib. İddia edilir ki, televiziya Rusiya prezidenti Vladimir Putinin portretinin hakim “Gürcü arzusu” partiyasının nümayəndələrinin fotoşəkillərindən ibarət videoda olduğuna görə cərimələnib.
Yeniavaz.com xəbər verir ki, komissiya cərimələmənin bu səbəbdən olduğunu təkzib edib.
Komissiyanın bəyanatında deyilir ki, telekanal Gürcüstanın hazırkı hökumətinin üzvlərinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “qatilləri” olduğunu bildirən videogörüntüyə görə cərimələnib.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, eyni zamanda aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Gürcüstan hakimiyyəti Saakaşvilini azad etməkdən imtina edir. Baş nazir İrakli Qaribaşvili bildirib ki, eks-prezident uzun müddət həbsdə qalacaq, o, bütün səlahiyyət müddətini keçirəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top