Meksikada cinayətə qurban getmiş 65 nəfərin meyiti tapılıb


Meksikanın Verakruz ştatında gizli qəbiristanlıq aşkarlanıb.
Yeniavaz.com
“Habertürk”ə istinadən xəbər verir ki, aidiyyəti orqanların nümayəndələri və polisin müşayiəti ilə çıxarılan meyitlərin ümumilikdə 65 nəfərə aid olduğu bildirilir. Verilən məlumata görə, meyitlərin üzərindəki şəxsi əşyalar, bank kartları, şəxsiyyəti təsdiq edən sənədlər onların 2011-2012-ci illərdə cinayətkar qruplaşmalar arasında gedən silahlı toqquşmalar zamanı öldürüldüyünü göstərir.
Qeyd edilir ki, ərazidə axtarışlar davam etdiriləcək və insanların ölüm səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılacaq. Meksikadakı axtarış komissiyasının hesabatına görə, ölkədə itkin düşdüyü bildirilən 94 500 nəfərdən isə hələ də xəbər yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top