Vasif Talıbov polkovnikə daxili işlər nazirinin səlahiyyətlərini verdi


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə yeni müavin təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı manset.az saytı yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı müvafiq sərəncamla polis polkovniki Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müavin təyin edilib. Bununla bərabər R.İsmayılova bir neçə gün bundan əvvəl vəzifəsindən azad olunan Daxili İşlər naziri Fazil Ələkbərovun səlahiyyətlərinin icrası həvalə edilib.

Qeyd edək ki, Rəşad İsmayılov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top