Ermənistana yeni müdafiə naziri təyin edildi


Ermənistan prezidenti Armen Sarkisyan Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib və baş nazirin təklifi ilə bu vəzifəyə Suren Papikyanı təyin edib.
Yeniavaz.com
xəbər verir ki, sərəncamlar Ermənistan prezidentinin internet saytında yerləşdirilib.
Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.

***12:46

Ermənistanın müdafiə naziri Arşak Karapetyanın baş nazir Nikol Paşıinyanın qərarı ilə vəzifəsindən azad ediləcəyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Telegram kanallarında məlumat yayılıb.
İddialara görə, baş nazirin müavini Suren Papikyan müdafiə naziri təyin olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top