“Rusiyaya qarşı səslənən ittihamlar absurddur” – Rusiya XİN


Rusiya Belarus-Polşa sərhədində Yaxın Şərqdən olan qaçqınlarla bağlı vəziyyətə görə özünə qarşı ittihamları absurd hesab edir.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Qriqori Lukyantsev jurnalistlərə açıqlama verib.

O bildirib ki, Belarus və Polşa miqrantlarla bağlı baş verənlərə tamamilə gözlərini yumurlar:

"Bizə qarşı irəli sürülən ittihamlar bir növ absurd situasiyaya bənzəyir. Bununla bağlı bütün ittihamlar bir dövlətə, yəni Belarusa ünvanlanıb. Lakin bu vəziyyətdə guya bizim əlimizin olması ilə bağlı ittihamlar da səslənir. Və bu, ümumiyyətlə absurddur".
 

DİGƏR XƏBƏRLƏR

Top