BMT Ermənistanda insan haqlarının pozulmasından narahatdır


BMT-nin İnsan Hüquqları Komitəsi Ermənistanda polisin dinc aksiyalara müdaxiləsindən, habelə etirazçıların qanunsuz saxlanılmasından, dinc toplaşmaq azadlığının əsassız məhdudlaşdırılmasından narahatlığını bildirib.

Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti xəbər yayıb.

Verilən məlumata görə, komitə üzvləri Ermənistanda aksiyalar zamanı polis əməkdaşlarının sayını azaltmağı və həddindən artıq güc tətbiqi, əsassız saxlanılmalar və həbslərlə bağlı bütün iddiaları araşdırmağı tövsiyə ediblər.

Komitə həmçinin bildirib ki, Ermənistan hüquq-mühafizə orqanlarında öldürücü səviyyəsi daha aşağı olan silahlardan istifadəyə dair insan hüquqlarına hörmətlə bağlı təlimatlara tam riayət etməlidir.

Bundan əlavə, komitə üzvləri Ermənistana hakimlərin və prokurorların təzyiq və müdaxilələrdən müdafiəsini təmin etməyi və onların təhlükəsizliyinə zəmanət verməyi məsləhət görüblər.
 

DİGƏR XƏBƏRLƏR

Top