Saakaşvili aclıq aksiyasını dayandırdı


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Qldani penitensiar xəstəxanasından köçürüləcəyi təqdirdə Strasburq məhkəməsinin qərarını diqqətə alaraq aclıq aksiyasını dayandıracağını deyib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Saakaşvili bu barədə “Mtavari Arxi” telekanalının direktoru Nika Qvaramiaya məktubunda bildirib.
“Mən Strasburq məhkəməsinin qərarını diqqətə alaraq aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul etmişəm. Aclıq aksiyasından sonrakı reabilitasiya aclığın idarə edilməsindən daha çətindir, lakin Qldani xəstəxanasında nə texnoloji imkanlar, nə də müvafiq ixtisaslı həkimlər var”, -deyə Gürcüstanın sabiq prezidenti vurğulayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top